Operativ Məlumat Mərkəzi

Sadır Japarov: Vaşinqton razılaşması ilə Cənubi Qafqazda davamlı sülh olacaq

1 dəq
Paylaş:
Sadır Japarov: Vaşinqton razılaşması ilə Cənubi Qafqazda davamlı sülh olacaq
bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. Qırğızıstan dövlət başçısı...

Qəbələ Zirvəsinin mövzusu bu gün ən vacib məsələlərdən biridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qırğızıstan dövlət başçısı bildirib ki, bu gün xarici təhdidlər mühüm əhəmiyyət kəsb edir.

“Biz regionda təhlükəsizliyin, sabitliyin təmini üçün öhdəlik götürmüşük. Türk dünyası üz-üzə qaldığı çağırışların öhdəsindən daha yaxşı gəlməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı alqışlayırıq. Bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, sabitlik olacaq”, - Sadır Japarov vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər