Əsas məzmuna keç

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib - 24.12.2025

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib - 24.12.2025

məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən...

Respublikasının Prezidenti Sadır İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə qardaş Respublikası siyasi və iqtisadi inkişafda böyük uğurlara nail olmuş və beynəlxalq aləmdə xüsusi nüfuz qazanmışdır.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Qırğızıstana qarşıdan gələn dövlət səfəriniz çərçivəsində biz səmərəli və effektiv danışıqlar yolu ilə Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafı üçün zəmin yaradacağıq.

Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…