Əsas məzmuna keç

Sabunçuda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb

Sabunçuda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb

Bakının Sabunçu rayonunda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə  Daxili İşlər Nazirliyinin mətbuat...

Bakının Sabunçu rayonunda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K. müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…