Əsas məzmuna keç

Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib - 30.06.2023 17:30

Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib - 30.06.2023 17:30

Sabirabad rayonu ərazisində ətraf mühiti çirkləndirənlər cərimələnib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin Şirvan...

Sabirabad rayonu ərazisində ətraf çirkləndirənlər cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, Rayon Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində yerləşən müxtəlif küçə və prospektlərdə, eləcə də yaşayış binalarının ətraflarında və tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon bələdiyyəsinin sədri, mənzil istismar idarəsinin və sanitar təmizlik idarəsinin rəhbərlikləri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…