"Sabah" klubu futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi “Turan Tovuz” klubuna transfer olunub.
Qeyd edək ki, Veysəl Rzayev ötən mövsüm icarə əsasında Tovuz klubunun formasını geyinib.