Əsas məzmuna keç

Sabah ölkə ərazisində güclü yağış gözlənilir

Sabah ölkə ərazisində güclü yağış gözlənilir

Ekologiya Nazirliyindən xəbərdarlıq: Bakı və bölgələrdə hava şəraiti kəskin dəyişəcək, sel və daşqın təhlükəsi yarana bilər. Ehtiyatlı olun.

en ru

Bakıda və yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda 2-5° isti, gündüz 5-8° isti olacaq.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 22° 18° yağış 41%
  2. Sabah Yüngül leysan 18° 16° yağış 86%
  3. Birigün Arabir yağış 17° 15° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…