Əsas məzmuna keç

Sabah Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

Sabah Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

Sinoptiklərin proqnozuna görə, Abşeron yarımadası və bölgələrdə hava kəskin istiləşir. Temperatur normadan yüksək olacaq: ehtiyatlı olmağın yolları açıqlandı.

en ru

Azərbaycanda iyulun 18-də havanın 38 dərəcə isti olacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi və dağətəyi rayonlarda arabir yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Müıayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Hava proqnozu

18° Bakıda indiAz buludlu
  1. Bu gün Günəşli 19° 10°
  2. Sabah Az buludlu 17° 10°
  3. Birisi gün Tutqun 10° 9° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…