Operativ Məlumat Mərkəzi

Sabah Azərbaycanda hava şəraiti: qar və sulu qar gözlənilir

2 dəq
Paylaş:
Sabah Azərbaycanda hava şəraiti: qar və sulu qar gözlənilir
Bakıda və Abşeron yarımadasında günün ilk yarısında arabir yağıntı və qar yağması ehtimal edilir. Gün ərzində yağıntıların tədricən dayanacağı bildirilir....

Yanvarın 21-nə olan açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində əsasən yağıntılı keçəcək, bəzi bölgələrdə qar və sulu qar müşahidə olunacaq.

Bakıda və yarımadasında günün ilk yarısında arabir və qar yağması ehtimal edilir. Gün ərzində yağıntıların dayanacağı bildirilir. Şimal-qərb küləyi zaman-zaman güclənsə də, gündüz saatlarında zəifləyəcək.

Temperatur gecə saatlarında 2 dərəcə şaxtadan 1 dərəcəyədək müsbət, gündüz isə 2–4 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 767 mm civə sütunundan 771 mm civə sütununa qədər yüksələcəyi gözlənilir. Nisbi rütubət 75–85 faiz arasında dəyişəcək.

Regionlarda hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə yağıntılı, sulu qar və qarla müşayiət olunacaq.

Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşməsi istisna edilmir. Günün ikinci yarısında yağıntıların tədricən kəsiləcəyi, bəzi bölgələrdə isə dumanın yaranacağı proqnozlaşdırılır. Qərb küləyi mülayim sürətlə əsəcək.

Temperatur göstəricilərinə gəlincə, gecə saatlarında 2–6 dərəcə şaxta, gündüz 3–6 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə gecə 10–15 dərəcə, yüksək dağlıq zonalarda isə 17–22 dərəcə şaxta, gündüz isə 3–8 dərəcə şaxta qeydə alınacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax