Əsas məzmuna keç

Sabah havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Milli Hidrometeorologiya Xidməti Bakı, Abşeron yarımadası və bölgələr üzrə hava proqnozunu açıqlayıb.

en ru

Milli Hidrometeorologiya Xidmətinin “Operativ Məlumat Mərkəzi-OMM”-ə verdiyi məlumata görə, mayın 23-də Bakıda və yarımadasında dəyişkən buludlu olacaq. Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli az ehtimalı var.

Paytaxtda şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz isə 22-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti ilə bağlı aşağıdakı proqnozlar verilib:

  • Bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq.
  • Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağış, şimşək çaxması və dolu ehtimalı var; yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
  • Gecə və səhər saatlarında duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
  • Havanın temperaturu gecə 14-17°, gündüz 23-28° isti olacaq. Dağlıq rayonlarda isə gecə 3-8°, gündüz 12-17°, bəzi yerlərdə isə 20-23° isti proqnozlaşdırılır.

Hava proqnozu

20° Bakıda indiTutqun
  1. Bu gün Çiskin 20° 17° yağış 87%
  2. Sabah Tutqun 21° 20° yağış 36%
  3. Birigün Günəşli 22° 20°
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…