Rüstəm Muradova yüksək vəzifə verildi

Rüstəm Muradova yüksək vəzifə verildi
17.02.2023 17:04
Aa
dəq

Rusiya ordusunun 4 hərbi dairəsinə yeni komandirlər təyin edilib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin olunub.

Bundan əvvəl o, Cənub Hərbi Dairəsi komandirinin müavini vəzifəsində çalışıb. İyul ayında Rusiya Müdafiə Nazirliyi Rüstəm Muradovun Ukraynadakı müharibədə iştirak edən “Şərq” qrupuna komandanlıq etməsi barədə məlumat yaymışdı.

Digər əmrə əsasən, general-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairənin, general-leytenant Yevgeni Nikiforov Qərb Hərbi Dairəsinin komandiri, general-polkovnik Sergey Kuzovlev Cənub Hərbi Dairəsinin komandiri təyin ediliblər.

Onu da bildirək ki, Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.

Həftənin ən çox oxunanları

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb
DAVAMIN OXU davamın oxu

Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olmasının vaxtını açıqlayıb

Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olmasının vaxtını açıqlayıb
DAVAMIN OXU davamın oxu

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub
DAVAMIN OXU davamın oxu

Rusiya F-16-nı araşdırarkən ABŞ NATO-ya təhlükə barədə xəbərdarlıq edib

Rusiya F-16-nı araşdırarkən ABŞ NATO-ya təhlükə barədə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

ABŞ İsrailin Livana hücum etməsindən ehtiyat edir

ABŞ İsrailin Livana hücum etməsindən ehtiyat edir
DAVAMIN OXU davamın oxu