Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Kiyevə qarşı sistemli zərbələrin dayandırılması ilə bağlı ABŞ-nin çağırışını qəbul etməyib

2 dəq
Paylaş:
Rusiya Kiyevə qarşı sistemli zərbələrin dayandırılması ilə bağlı ABŞ-nin çağırışını qəbul etməyib

ABŞ Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi son hücumları kəskin şəkildə tənqid edərək, Moskvanı paytaxtına qarşı sistemli endirməməyə çağırıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in "Reuters" agentliyinə istinadən yaydığı məlumata görə, bu mövqe Ukraynanın tələbi ilə çağırılan BMT Şurasının iclasında səsləndirilib.

ABŞ-ın BMT- daimi nümayəndəsinin müavini Temmi Brus Rusiyanın "Oreşnik" ballistik raketindən istifadə etməsini "təhlükəli və barbar eskalasiya" kimi qiymətləndirib. O, Kiyevə endiriləcək növbəti zərbələrin mülki şəxslər arasında itkiləri artıracağını və münaqişənin yolu ilə həlli imkanlarını məhdudlaşdıracağını vurğulayıb.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya isə Vaşinqtonun irəli sürdüyü iddiaları qəbul etməyib. BMT rəsmiləri də öz növbəsində Moskvanın Kiyevə qarşı yeni zərbələr endirə biləcəyi ilə bağlı bəyanatlarından ciddi narahatlıq keçirdiklərini ifadə ediblər.

Ukrayna tərəfinin rəsmi məlumatına əsasən, son hücumlar nəticəsində:

  • Ən azı iki nəfər həlak olub;
  • Təxminən 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax