Əsas məzmuna keç

Rusiya Baş Qərargah rəisi Putinə Kiyevə endirilən zərbələr barədə məlumat verib

Rusiya Baş Qərargah rəisi Putinə Kiyevə endirilən zərbələr barədə məlumat verib

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələri Kiyev və ətraf bölgələrdəki hərbi obyektlərə qarşı silsilə zərbələr endirib.

en ru

Rusiya Kiyevə zərbələr barədə Putinə hesabat verildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş rəisi Valeri Gerasimov Vladimir Putinə Kiyev və ətraf bölgələrdə həyata keçirilən kütləvi zərbələrin nəticələri barədə məruzə edib.

Məlumata görə, Rusiya hücumların əsasən Kiyev və ətraf ərazilərdə yerləşən müdafiə sənayesi müəssisələri və yanacaq-energetika obyektlərinə yönəldiyini bildirib. Eyni zamanda Dnepropetrovsk, Poltava, Çerkassı və Çerniqov vilayətlərində yerləşən hərbi aerodrom infrastrukturlarının da hədəfə alındığı qeyd olunub.

Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, Putin və Gerasimov arasında Ukraynadakı vəziyyətlə bağlı müzakirələr demək olar ki, hər gün keçirilir, lakin bu görüşlərin əksəriyyəti ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada hərbi əməliyyatlara başlayıb və Moskva bunu “demilitarizasiya” və “denasifikasiya” məqsədi ilə əsaslandırır. Qərb ölkələri isə buna cavab olaraq Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…