İran ətrafındakı gərginliklə bağlı Rusiya Xarici İşlər Nazirliyi mövqeyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Aqasandyan beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.
Qeyd olunub ki, o, İrana qarşı ABŞ və İsrailin siyasətini şərh edərək regiondakı münaqişənin hələ başa çatmadığını deyib.
Məlumata görə, Aqasandyan hazırkı vəziyyəti “yeni tarazlığın formalaşmadığı” mərhələ kimi qiymətləndirib.
Bildirilib ki, o, baş verənləri beynəlxalq sistemdə çoxqütblülüyün inkişafı fonunda mürəkkəb və ziddiyyətli dövr kimi xarakterizə edib.
Qeyd edilib ki, diplomat Qərbin üstün mövqeyinə baxmayaraq, qlobal güc balansında digər aktorların imkanlarının artdığını vurğulayıb.
Məlumata əsasən, o, vəziyyətin sabitləşməsinin uzun vaxt tələb edəcəyini bildirib.
Bildirilib ki, Aqasandyan bu prosesin daha ədalətli beynəlxalq münasibətlər sisteminin qurulması üçün ölkələr arasında koordinasiyanın artırılması ilə sürətləndirilə biləcəyini qeyd edib.