Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Raul Kastroya qarşı ABŞ-nin ittihamlarını pislədi

2 dəq
Paylaş:
Rusiya Raul Kastroya qarşı ABŞ-nin ittihamlarını pislədi

Kubanın daxili işlərinə müdaxilə cəhdlərini pisləyir və xalqına dəstəyini davam etdirəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqində ABŞ-nin Kuba inqilabının lideri Raul Kastroya qarşı sürdüyü ittihamları şərh edib.

Zaxarova bildirib ki, Rusiya Kuba ilə tam həmrəyliyini bir daha təsdiqləyir və suveren dövlətin daxili işlərinə kobud müdaxiləni, hədə-qorxu, qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirləri, təhdid və şantajı qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, Rusiya bu çətin dövrdə Kuba xalqına ən fəal dəstəyi göstərməyə davam edəcək.

Qeyd edək ki, mayın 20-də ABŞ Ədliyyə Nazirliyi Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə “Hermanos en Rescate” humanitar təşkilatına məxsus iki Amerika təyyarəsinin vurulması ilə bağlı ABŞ vətəndaşlarının qətli və sui-qəsd ittihamları irəli sürüb.

Kuba prezidenti Migel Dias-Kanel isə ABŞ-nin ittihamlarını əsassız adlandıraraq hadisəni siyasi akt kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax