Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket zərbələri endirməsi nəticəsində Çinin Baş Konsulluğunun binasına ziyan dəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Odessa Hərbi Administrasiyasının başçısı Oleq Kiper bildirib.
“Təcavüzkar inzibati və yaşayış binalarının ətrafına, eləcə də Çinin Baş Konsulluğuna ziyan dəyməsi üçün Odessa limandakı infrastrukturu bilərəkdən vurur”, - o qeyd edib.
Xatırladaq ki, Rusiya iyulun 20-də Odessa limanını raket atəşinə tutub.