Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.
"Rusiyanın Moldovadakı səfiri "casusluq işi" üzrə XİN-ə çağırılıb", - məlumatda deyilir.
Rusiya səfirinin XİN-ə çağırılmasının digər təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, Moldovada xüsusi təyinatlılar, İnformasiya və Təhlükəsizlik Xidməti (İTX) və prokurorluq parlamentin hüquq departamentinin rəhbəri İon Kryanqenin kabinetində axtarışlar aparıb.