Finlandiyanın Turku Şəhər Şurası yekdilliklə Rusiyanın keçmiş Baş Konsulluğunun binasının alınması və onun yerində yeni binanın tikilməsi barədə qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.
Şəhər rəhbərliyi binanı hazırkı sahibi “Senat Properties”dən 1,6 milyon avroya alacaq. Alınan torpaq sahəsi 3,5 min kvadratmetrdir. Buraya 2 min kvadratmetr sahəsi olan Baş Konsulluq binası daxildir.
1974-cü ildə tikilmiş binanın sökülməsinə, yerində yeni binanın tikintisinə razılıq verilib. Şəhər şurası mümkün müraciətlərə baxılmasını gözləmədən alışın davam etdirilməsinə qərar verib.