Xəbər verdiyimiz kimi, avqustun 11-də Rusiya Aya tədqiqat üçün kosmik gəmi göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamaya istinadən xəbər verir ki, kosmik gəmisindəki elmi cihazların işə düşdüyü və ilk məlumatların işləndiyi bildirilib.
"Luna-25" avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən Vostoçnıy kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb.
Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su axtarışlarını da aparacaq.