Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında həyata keçirdiyi raket hücumunda 6-sı uşaq olmaqla 53 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kiyev meri Vitoli Kliçko məlumat yayıb.
Kliçko raket qalıqlarından zərər çəkmiş Dnepr bölgəsi haqqında,-“Ballistik raketin hissələri yaşayış binasının bağçasına düşüb. Nəticədə həm evə, həm də yaxınlıqdakı uşaq bağçasına ziyan dəyib. Həyətdə dayanmış avtomobillər yanıb, yaxınlıqdakı evlərin və məktəbin şüşələri partlayıb",-deyə qeyd edib.