Operativ Məlumat Mərkəzi

Rusiyada yaşayış binasında partlayış olub

1 dəq
Paylaş:
Rusiyada yaşayış binasında partlayış olub
məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb. Regional Polis İdarəsi hadisənin qaz partlayışı nəticəsində baş verdiyini bildirib....

Rusiyanın Zabaykal diyarının Çita şəhərinin Antipixa qəsəbəsində 5 mərtəbəli yaşayış binasındakı partlayış nəticəsində 4-cü və 5-ci mərtəbələr dağılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Regional Polis İdarəsi hadisənin qaz partlayışı nəticəsində baş verdiyini bildirib.

İlkin məlumata görə, azı 5 mənzilə ziyan dəyib.

İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Dağıntılar altından 8 nəfər xilas edilib.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər