Operativ Məlumat Mərkəzi

Rusiyada yaşayış binasına dron düşüb, bir nəfər ölüb, iki nəfər yaralanıb

1 dəq
Paylaş:
Rusiyada yaşayış binasına dron düşüb, bir nəfər ölüb, iki nəfər yaralanıb
bu barədə Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyov “Telegram” kanalında məlumat yayıb.“Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver...

Rusiyanın Tver şəhəri üzərində vurulan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyov “Telegram” kanalında məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti üzrə qüvvələri tərəfindən yanğın tamamilə söndürülüb. İki nəfər xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib”, - o bildirib.

“Astra” nəşri geolokasiya məlumatlarına istinadən bildirib ki, PUA-nın mümkün hədəfi Tver Vaqonqayırma Zavodu ola bilər. Zavod dronun düşdüyü yaşayış binasından təxminən bir kilometr məsafədə yerləşir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər