Qasırğanın güclənməsi ilə əlaqədar bütün Saxalin vilayətində fövqəladə vəziyyət elan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayət qubernatoru Valeri Limarenko Telegram kanalında məlumat verib.
O qeyd edib ki, Saxalin vilayətinin fövqəladə hallar komissiyası hüquq-mühafizə orqanlarının iştirakı ilə iclas keçirib və burada məsələ ilə bağlı mühüm problemlər müzakirə olunub.
Əsas yollarda təmizlik işlərinə üstünlük verilib. Qubernator bildirib ki, bu işdə bölgədəki bütün bələdiyyələrdə mövcud olan bütün avadanlıqlardan istifadə olunub.