Operativ Məlumat Mərkəzi

Rusiyada “Boeing” təyyarəsi qəza enişi edib

1 dəq
Paylaş:
Rusiyada “Boeing” təyyarəsi qəza enişi edib
Rusiyanın paytaxtı Moskvadan səmaya qalxan təyyarə Yujno-Saxalinsk hava limanında məcburi eniş edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

Rusiyanın paytaxtı Moskvadan səmaya qalxan təyyarə Yujno-Saxalinsk hava limanında məcburi eniş edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər yayıb.

Qeyd edilir ki, dekabrın 1-də Moskva vaxtı ilə 1:34 (Bakl vaxtı ilə saat 2:34) təyyarə Yujno-Saxalinsk hava limanına enib.

"Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinə "Aeroflot"a məxsus "Boeing 737" təyyarəsinin Yujno-Saxalinsk hava limanında qəza eniş etməyə hazırlaşdığı barədə məlumat daxil olub", - mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub ki, eniş insidentsiz həyata keçirilib və xəsarət alan olmayıb. Təcili enişin səbəbləri açıqlanmır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər