"Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verməlidir"

"Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verməlidir"
05.09.2024 20:10
Aa
dəq

Öz ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib, terrora və separatizmə dəstək sərgiləyib. 

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olan Zatulin bu dəfə qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb. O, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirərək, “Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar”, - deyib.

Polad Bülbüloğlu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təxribatçı bəyanatları ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.

Rusiya Dövlət Duması nümayəndəsinin bu cür açıqlaması necə dəyərləndirilməlidir? Zatulinin bu fikirlərini rəsmi Moskvanın mövqeyi hesab etmək olarmı? 

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Konstantin Zatulinin ermənipərəstliyi onun imperiyaçı olmasından irəli gəlir:

“Hələ 1997-ci ildə Andranik Miqranyanla birlikdə yazdığı və 1997-ci ilin martında “Nezavisimaya qazeta”da dərc olunmuş “MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək” başlıqlı məqaləsində Rusiyanın postsovet məkanı üzərində nəzarəti saxlamasının ideoloji əsasları və bu vəzifəni həyata keçirməyin yolları göstərilmişdi. Məqalənin ümumi fikri ondan ibarətdir ki, Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün bütün imkanlara əl atmalı, o cümlədən, münaqişələr yaratmalı və onları idarə etməlidir. Həmin məqalədə müəlliflər yazırdılar ki, 1994-cü ilin sonundan etibarən Rusiya diplomatiyası üçün yeni problem yaranıb. Çünki regionda vəziyyət kökündən dəyişib. 1994-cü il sentyabrın 20-də Qərb şirkətlərinin iştirakı ilə təxminən 7,5 milyard dollar kapital qoyuluşu ilə Xəzər neftinin hasilatı üzrə ilk super-layihə imzalandı. Müəlliflər baş vermiş hadisəni rus diplomatiyası üçqat məğlubiyyəti adlandırmışdılar”. 

Politoloq deyir ki, Zatulinin ermənipərəstliyi Azərbaycana nifrətindən irəli gəlir. 

Rusiyanın hakim dairələrində Zatulinlə eyni mövqedə çoxlu siyasətçilər var. Rusiya xarici işlər naziri Sergey Lavrov da onlardan, Zatulinlə çox yaxın münasibətləri olan biridir. Əgər Rusiyanın əvvəlki gücü olsaydı onlar separatçıların azadlığına nail ola bilərdilər. Bəxtimiz onda gətirib ki, Ukrayna Rusiya imperiyasının dişlərini töküb. O daha əvvəlki kimi öldürücü gücə malik deyil. Ancaq bununla belə Zatulinin təsir gücünü görməzdən gəlmək olmaz. Azərbaycan cəmiyyəti Rusiyadan gələ biləcək basqılara qarşı Azərbaycan hakimiyyətinin güzəştə getməməsi üçün Zatulin və onun kimlərinin çıxışlarına qarşı etiraz səsini ucaltmalıdır.

Digər müsahibimiz politoloq Tural İsmayılov isə saytımıza açıqlaması zamanı deyir ki, Kanstantin Zatulin ədalət meyarlarını itirmiş, ifrat şəkildə nə öz mövqeyi, nə də yanaşması ilə Rusiyaya xeyir gətirməyən adamdır:

“Rusiya hələ də Zatulinin Rusiya Dövlət Dumasındakı MDB ölkələri ilə iş üzrə sədr müavinliyi vəzifəsini davam etdirir. Bu tamamilə erməni maraqlarının oyunçusuna çevrilib. O, birbaşa erməni təşkilatları ilə işləyir, onların əl altısına çevrilib və bütün bunları özünə rəva bilir”. 

Politoloqun fikrincə, məsələnin digər tərəfi ondan ibarətdir ki, Zatulin bu dəfə tamamilə həddini aşdı, qondarma qurumu təbrik etdi. O, öz fikirlərində Azərbaycanın ərazi iddialarına qəsd edib, bunu dilə gətirdi. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin bugünki ruhuna ziddir. Putinin bu yaxınlarda Azərbaycana iki günlük səfəri oldu. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsi isə göz önündə olan məsələdir.

"Bunlara rəğmən Zatulin insanlıq meyarlarını itirib, Azərbaycan əleyhinə təbliğatın ruporuna çevirilib. Rusiya Dövlət Dumasının kəskin şəkildə bu məsələnin qarşısının kəsməməsi suallar yaradır. Kimsə deyə bilər ki, bu, Zatulinin mövqeyidir, Rusiya Dövlət Dumasının deyil. Eyni zamanda da Zatulin Rusiya Dövlət Dumasının üzvüdür. Ona görə də Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verilməlidir.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanda "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Azərbaycanda
DAVAMIN OXU davamın oxu