Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çinlə birlikdə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını izah edən Borisov, "Çinli həmkarlarımızla 2033-2035-ci illərdə Ay səthində nüvə layihəsinə başlayacağıq", - deyə bildirib.
Xatırladaq ki, Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.
Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
İspaniyada meşə yanğını faciəsi: 11 nəfər öldü, 1400 sakin təxliyə edildi
Digər
Venesuelada zəlzələ qurbanlarının sayı 3811-ə çatdı
Digər
Zelenski: ABŞ ilə “Patriot” raketlərinin istehsalı üçün razılıq əldə olunub
Digər