Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya və Azərbaycan parlamentlərarası əməkdaşlığı genişləndirir

2 dəq
Paylaş:
Rusiya və Azərbaycan parlamentlərarası əməkdaşlığı genişləndirir

mövcud birgə iş planının icrası başa çatdıqdan sonra Azərbaycanla 2027-2028-ci üçün parlamentlərarası əməkdaşlığın yeni "Yol xəritəsi"nin hazırlanmasına başlamağı nəzərdə tutur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Şurası sədrinin birinci müavini Andrey Yatskin Bakıda -Rusiya Parlamentlərarası Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər 2024-2026-cı illər üzrə parlamentlərarası əməkdaşlığın "Yol xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrasını davam etdirirlər.

"Biz bu tədbirləri diqqətlə izləyirik və parlamentlərarası komissiyanın növbəti iclasını keçirəndə artıq növbəti dövr - 2027-2028-ci illər üçün "Yol xəritəsi"ni hazırlayacağımıza ümid edirik", - Yatskin bildirib. O qeyd edib ki, bu işə əvvəlcədən başlamaq və iki ölkənin parlamentlərinin aidiyyəti qurumlarına müvafiq təkliflərin hazırlanmasını tapşırmaq lazımdır.

Federasiya Şurası sədrinin birinci müavini həmçinin komissiya iclasının gündəliyinə daxil edilmiş səhiyyə və təhsil məsələlərinin vacibliyini vurğulayıb.

"Hesab edirəm ki, bu, həm humanitar çərçivəsində, həm də bütövlükdə insan münasibətlərinin inkişafı üçün çox vacib mövzudur", - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax