Əsas məzmuna keç

Rusiya Ukrayna limanlarına zərbələr endirdi

Rusiya Ukrayna limanlarına zərbələr endirdi

Odessa vilayətindəki Reni və İzmail obyektlərinə PUA hücumları nəticəsində Hərbi Dəniz Qüvvələrinin mərkəzi vurulub. Rusiya ordusunun zərbələri nələri dəyişdi?

en ru

Ukraynanın Odessa vilayətində İzmail və limanlarına gecə saatlarında hücumlar həyata keçirildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücumlar zamanı Reni limanında Hərbi Dəniz Qüvvələrinin idarəetmə mərkəzi hədəfə alınıb.

İzmail limanında isə Ukrayna hərbçilərinin müvəqqəti yerləşdiyi məntəqənin, həmçinin hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə olunan infrastruktur obyektlərinin vurulduğu qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi hücumların pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə həyata keçirildiyini qeyd edib.

Rəsmi açıqlamada zərbələrin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…