Əsas məzmuna keç

Rusiya taxılı Ermənistana Biləcəri vasitəsilə göndərildi - YENİLƏNİB

Rusiya taxılı Ermənistana Biləcəri vasitəsilə göndərildi - YENİLƏNİB

ADY 349 ton buğdanı Böyük Kəsik üzərindən tranzit nəql edir. İndiyədək minlərlə ton gübrə və qarabaşaq daşınıb. Maraqlı yük qatarının detalları ilə tanış olun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün ərazisindən keçməklə Ermənistana taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, taxılın ümumi çəkisi 349 tondur.

Daha sonra qatar Böyük Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Qeyd edək ki, sonuncu dəfə martın 25-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.

***

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, yük 5 vaqon təşkil edir. Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?