Rusiya HƏMAS hərəkatının əsirliyində olan bir çox Rusiya vətəndaşını uğurla xilas edib və bu iş davam etdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Yuri Qorlaç brifinqdə bildirib.
"İsrailli həmkarlarımızla birlikdə işlədiyimiz başqa bir ölçü var, rus girovlarının, Rusiya vətəndaşlığı olan şəxslərin azad edilməsi. Biz burada da çox çalışdıq. Onların əksəriyyətini azad etməyə müvəffəq olduq, bu işin davam edəcəyini gözləyirik.
Başa düşdüyünüz kimi, regionda vəziyyət asan deyil. Girovlarımızın təhlükəsiz çıxarılması həm də son dərəcə ehtiyatlı və balanslı şəkildə həll etməli olduğumuz bir vəzifədir",- deyə o vurğulayıb.