Operativ Məlumat Mərkəzi

Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat üzrə üçtərəfli görüş formatı müzakirə olunacaq

1 dəq
Paylaş:
Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat üzrə üçtərəfli görüş formatı müzakirə olunacaq
bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib. "Hələlik müzakirə edəcəyik. Çünki əgər söhbət dəmir yollarının...

Azərbaycan, Rusiya və Ermənistanın nəqliyyat üzrə üçtərəfli görüşünün formatı müzakirə olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

"Hələlik müzakirə edəcəyik. Çünki əgər söhbət dəmir yollarının bərpasından, regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasından gedirsə, onda üçtərəfli danışıqlar aparmaq daha uyğundur", - deyə o bildirib.

Qeyd edək ki, A. Overçuk bu gün verdiyi açıqlamalarında daha bir neçə məsələyə toxunub.

O, gələn həftə Ermənistana səfər edəcəyini, gələn həftə Rusiyada Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparacağını, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfərinin gözlənildiyini, habelə "Tramp marşrutu"nun yaradılması məsələsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər