Operativ Məlumat Mərkəzi

Rusiya, Çin və İran Oman körfəzində birgə dəniz təlim mərhələsini başa vurub

2 dəq
Paylaş:
Rusiya, Çin və İran Oman körfəzində birgə dəniz təlim mərhələsini başa vurub

Rusiya, Çin və İran Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri 2024” birgə hərbi dəniz təliminin aktiv mərhələsini başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilib.

İki gün davam edən təlimlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin dənizçiləri iranlı və çinli həmkarları ilə birlikdə birgə manevrlər həyata keçirmək, rabitə təlimləri keçirmək, iriçaplı pulemyotlardan və kiçik çaplı artilleriyadan suüstü və hava hədəflərinə qarşı gün ərzində atəş açmaq üzrə tapşırıqları yerinə yetiriblər. Dəniz quldurları tərəfindən əsir götürülən gəminin sərbəst buraxılması praktikasının olduğu da bildirilib.

Azərbaycan, Hindistan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrika Respublikasının hərbi dəniz qüvvələrinin nümayəndələri ilk dəfə olaraq müşahidəçi qismində hərbi dəniz təlimlərində iştirak ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər