Operativ Məlumat Mərkəzi

Polşa rəsmiləri Ukrayna sərhədindəki problemin tez bir zamanda həll oluna biləcəyini deyiblər

1 dəq
Paylaş:
Polşa rəsmiləri Ukrayna sərhədindəki problemin tez bir zamanda həll oluna biləcəyini deyiblər

Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Pavel Koval bildirib ki, Ukrayna-Polşa sərhədinin bağlanması ilə bağlı məsələ bir neçə həftə ərzində həll oluna bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.

Onun sözlərinə görə, Ukrayna mallarının satılması üçün Polşa və Ukrayna rəsmiləri ortaq dil tapıb qərara gəlməlidirlər. Lakin Polşa istehsalının müxtəlif sahələrini qorumaq da lazımdır.

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Ukraynadan gələn sərnişin avtobuslarının Polşa sərhədində dayanmağa başladığı barədə məlumat vermişdi. Bundan əvvəl Polşada etirazlar başlamışdı. Fermerlər taxılın ölkəyə keçməsinin qarşısını almaq üçün Ukrayna sərhədi boyunca yolları bağlamağa başlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər