Operativ Məlumat Mərkəzi

İsrail mətbuatı: Netanyahu və müdafiə naziri Qəzzaya humanitar yardımı müzakirə ediblər

1 dəq
Paylaş:
İsrail mətbuatı: Netanyahu və müdafiə naziri Qəzzaya humanitar yardımı müzakirə ediblər
İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərə görə, Netanyahu ilə Qallant arasında bu həftənin əvvəlində keçirilən qapalı görüşdə gərginlik daha da...

İsrailin baş naziri Benyamin Netanyahu ilə uzun müddətdir problem yaşadığı deyilən müdafiə naziri Yoav Qallant Qəzza zolağına humanitar yardımla bağlı müzakirə aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərə görə, Netanyahu ilə Qallant arasında bu həftənin əvvəlində keçirilən qapalı görüşdə gərginlik daha da artıb.

Qəzzaya humanitar yardımın gündəmdə olduğu görüşdə Qallant, "Problem ləvazimatları gətirməkdə deyil, kiminlə paylamağınızdır. Birinin nəzarəti ələ alması lazımdır, İsveç olmayacaq. Fələstin olmalıdır",- deyə o bildirib.

Netanyahu isə Qallantı siyasi qiymətləndirmələr verməkdə günahlandıraraq, “Fələstin rəhbərliyi haqqında heçnə eşitmək istəmirəm”, - deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər