Operativ Məlumat Mərkəzi

Rusiya aviasiyası Suriyada silahlıların iki bazasını vurub

1 dəq
Paylaş:
Rusiya aviasiyası Suriyada silahlıların iki bazasını vurub

Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasını məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Russia Today” agentliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin İdlib vilayətinin Basankul və Aşhani-Tahtani yaşayış məntəqələri ərazilərinə endirdiyi zərbələr nəticəsində Suriya hökumət qüvvələrinin mövqelərinə təxribat xarakterli hücumlarda iştirak edən silahlıların iki bazası məhv edilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, silahlılar Suriya ordusunun mövqelərinə gün ərzində bir dəfə zərbə endiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər