Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin keçən il təxminən 40 milyon ton neft və neft məhsulunu qərb bazarlarından şərq bazarlarına yönləndirdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin may ayına olan hesabatına görə, Rusiyanın Asiyaya neft nəqli Avropaya göndərilən neftin həcmini üstələyib.
Keçən il neftə olan tələbatın gündəlik 99,6 milyon barel olduğunu açıqlayan Novak, "Tələbin bu il gündəlik 101,9 milyon barrelə yüksəlməsi gözlənilir. Tələbatın artmasında Asiya-Sakit Okean ölkələri mühüm rol oynayacaq. Neftə olan tələbatın gündəlik 101,9 milyon barrelə yüksəlməsi gözlənilir. Bütün proqnozlara görə, neftə tələbatın 2030-cu ilə qədər artacağı gözlənilir”,- deyə Novak bildirib.
Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın Asiya bazarlarına neft daşınmalarını əhəmiyyətli dərəcədə artırdığını vurğulayan Novak, "2022-ci ilin may ayı etibarilə Rusiyanın Asiyaya neft nəqli ilk dəfə Avropaya göndərilən həcmləri üstələyib. 76 faiz, bizim neft məhsullarının ixracı 20 faiz artıb", - deyə qeyd edib.