Operativ Məlumat Mərkəzi

“Rusiya ABŞ-la dialoqa açıqdır, ancaq bərabər şərtlərlə”

1 dəq
Paylaş:
“Rusiya ABŞ-la dialoqa açıqdır, ancaq bərabər şərtlərlə”
o, bu barədə parlamentin yaz sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib. “Biz hər zaman dialoqa, qlobal təhlükəsizlik, bütün dünyanı...

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya ABŞ ilə yalnız bərabər şərtlərlə dialoqa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə parlamentin yaz sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz hər zaman dialoqa, qlobal təhlükəsizlik, bütün dünyanı narahat edən digər kritik məsələlər üzrə danışıqlara həmişə hazırıq. Amma bərabər şərtlərlə, diktatura şəraitində danışıqlara deyil, milli maraqlarımızı nəzərə alaraq”, - deyə o, qeyd edib.

Matviyenko vurğulayıb ki, Rusiya yalnız “hər bir dövlətin vahid və bölünməz təhlükəsizliyinə və ümumilikdə dünyanın sabitliyinə töhfə verəcək” bərabərhüquqlu görüşə can atır.

“Biz açığıq, ancaq belə dialoq o halda mümkündür ki, bizim şərtlərimiz qəbul olunsun. Əgər hər şey olduğu kimi qalsa, belə dialoq olmayacaq”, - senator bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər