Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyanın xərçəng peyvəndi klinik sınaqlarda müsbət nəticə göstərdi

3 dəq
Paylaş:
Rusiyanın xərçəng peyvəndi klinik sınaqlarda müsbət nəticə göstərdi

Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndi vurulan ilk xəstənin səhhətinin yaxşı olduğu və orqanizmdə xəstəliyə qarşı zəruri immun cavabın formalaşdığı açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Peyvəndin hazırlanmasında iştirak edən Qamaleya Tədqiqat İnstitutunun elmi direktoru Ginzburqun sözlərinə görə, bu ilin aprelində ilk dozanı qəbul edən 60 yaşlı, üçüncü mərhələ melanoma diaqnozu qoyulmuş xəstənin müalicəsi davam edir.

Ginzburq bildirib ki, aparılan analizlər orqanizmin şiş və metastazlarla mübarizə aparmaq üçün lazım olan aktiv maddələri istehsal etdiyini göstərib.

Onun sözlərinə görə, xəstədə yaranan immunoloji cavab gözlənildiyindən də müsbət olub.

Rusiya ötən il inkişaf etmiş mərhələdə melanoma üçün hazırlanmış "" adlı mRNT əsaslı peyvəndin və kolorektal xərçəngə qarşı nəzərdə tutulan "" adlı peptid preparatının istifadəsinə icazə verib.

Qamaleya İnstitutunun nümayəndələri fərdiləşdirilmiş melanoma peyvəndinin yaxın aylarda daha 10 xəstə üçün hazırlanacağını, istehsal prosesinin isə bir aydan üç aya qədər davam edəcəyini bildiriblər.

Bu müalicə üsulu xərçəngi birbaşa aradan qaldırmaq əvəzinə, immun sisteminə hüceyrələrini tanımağı və məhv etməyi öyrətməyə əsaslanır.

Bunun üçün xəstənin şiş və sağlam toxuma nümunələrinin genetik analizi aparılır, əldə olunan nəticələr əsasında yalnız həmin şəxs üçün xüsusi peyvənd hazırlanır.

Rusiya Milli Tibbi Radiologiya Araşdırma Mərkəzinin rəhbəri Andrey Kaprin bu texnologiyanın xərçəng müalicəsində tamamilə fərqli yanaşma təqdim etdiyini bildirib.

Məlumata görə, "Oncopept" preparatı ilə müalicə olunan xəstələrdə də tələb olunan immun cavab formalaşıb.

Qamaleya İnstitutu hazırda mədəaltı vəzi, böyrək və kiçik hüceyrəli olmayan ağciyər xərçənginə qarşı yeni müalicə üsulları üzərində də araşdırmaları davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax