Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rəsmi İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma siyasəti ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb. Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinə istinadən Ermənistan mətbuatı yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, səfir Sergey Pavloviç Kopırkinin geri çağırılmasına səbəb Ermənistan rəhbərliyinin Aİ ilə əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımlardır. Nazirlik bu addımların Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki tərəfdaşlıq münasibətlərinə zərər vurduğunu vurğulayıb.