Əsas məzmuna keç

Gürcüstanda QHT rəhbəri xarici dövlətlərin xeyrinə casusluq etdiyi üçün saxlanılıb

Gürcüstanda QHT rəhbəri xarici dövlətlərin xeyrinə casusluq etdiyi üçün saxlanılıb

İki xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan şəxs maddi mənfəət müqabilində kəşfiyyat xarakterli məlumatlar ötürməkdə günahlandırılır.

en ru

Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından birinin rəhbərinin ittihamı ilə həbs edildiyini açıqlayıb. “Operativ Məlumat Mərkəzi-OMM” tərəfindən yayılan məlumata görə, həmin şəxs iki xarici dövlətin xüsusi orqanları ilə əməkdaşlıq etməkdə təqsirli bilinir.

Keçirilən brifinqdə qeyd olunub ki, saxlanılan şəxs uzun müddət ərzində maddi maraqlar və xarici dövlətlərin tapşırıqlarını yerinə yetirmək məqsədilə sistemli şəkildə məlumatları toplayaraq xarici kəşfiyyata ötürüb. İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxsin fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edib:

  • Xarici kəşfiyyat nümayəndələri ilə birbaşa və elektron rabitə vasitəsilə əlaqələrin saxlanılması;
  • Məxfi fəaliyyətin koordinasiyası üçün ölkə xaricində vaxtaşırı görüşlərin keçirilməsi;
  • Xarici xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə informasiya platformalarının yaradılması və ölkə daxilində müxtəlif tədbirlərin təşkil edilməsi.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi (casusluq) ilə başlanılıb. Qeyd olunan maddəyə əsasən, təqsirləndirilən şəxsi 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…