Əsas məzmuna keç

Ronaldu Matteusa çatdı: DÇ-2026-da yeni rekordlar qeydə alınıb

Ronaldu Matteusa çatdı: DÇ-2026-da yeni rekordlar qeydə alınıb

Mundialın statistikası yeniləndi: Cud Bellinqem rekordlara yaxınlaşır, Covani Lo Çelso və Riyad Mahrezin uğurları isə futbol tarixinə düşdü. Ətraflı oxuyun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud 23 yaşınadək dünya çempionatlarında keçirdiyi oyunların sayını 8-ə çatdıraraq bu göstəricidə Şimali İrlandiyanın sabiq futbolçusu Norman Uaytsaydla birlikdə ikinci pilləyə yüksəlib. Siyahıya 9 oyunla İngiltərə yığmasının keçmiş hücumçusu Maykl Ouen başçılıq edir.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını 25-ə çatdırıb. O, bu göstəricidə Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteusla birlikdə ikinci yeri bölüşür.

Argentina yığmasının yarımmüdafiəçisi Covani Lo Çelso milli komandada vurduğu qolların sayını 5-ə yüksəldib. Onun bu qollarından 4-ü ABŞ-də keçirilən matçlarda qeydə alınıb. Maraqlıdır ki, futbolçu həmin qolların hər birini fərqli şəhərdə – Los-Anceles, Filadelfiya, Mayami və Dallasda vurub.

Əlcəzair millisinin futbolçusu Mahrez isə tarixində bir oyunda dubl edən ikinci əlcəzairli kimi tarixə düşüb. Buna qədər bu uğura yalnız Salah Əsəd 1982-ci ildə Çili yığmasına qarşı keçirilən görüşdə imza atmışdı.

Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?