Ronaldo İsveçlə oyunda iştirak etməyəcək

Ronaldo İsveçlə oyunda iştirak etməyəcək
19.03.2024 07:09
Aa
dəq

Kriştiano Ronaldo İsveç millisi ilə yoldaşlıq oyunu üçün Portuqaliya milli komandasının heyətində yer almayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Portuqaliya millisinin rəsmi saytı məlumat yayıb.

Ronaldonun Sloveniya ilə yoldaşlıq görüşündən əvvəl Portuqaliya millisinə qoşulacağı bildirilir.

Qeyd edək ki, 39 yaşlı Ronaldo İsveç və Sloveniya ilə yoldaşlıq oyunları üçün milliyə çağırılıb.

Portuqaliya yığmasının İsveçlə oyunu martın 21-də keçiriləcək. Beş gün sonra Roberto Martinezin komandası Sloveniya ilə qarşılaşacaq.

Həftənin ən çox oxunanları