Slovakiyanın Baş naziri Robert Fitso İrəvana səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 6 oktyabr 2022-ci ildə Praqada keçirilib. Daha sonra görüşlər Kişinyov, Qranada, Oksfordşir, Budapeşt, Tirana və Kopenhagen şəhərlərində təşkil olunub.
Bildirilib ki, Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bərabər əsasda bir araya gətirən və qitədə təhlükəsizlik, sabitlik və rifahın gücləndirilməsinə yönəlmiş siyasi dialoq platformasıdır. Zirvə görüşləri liderlər arasında təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaradır.