Əsas məzmuna keç

Nikol Paşinyan Rusiyaya səfər edəcək

Nikol Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyul ayında Yekaterinburqda keçiriləcək beynəlxalq sənaye sərgisinə qatılacaq.

en ru

Ermənistanın Nikol Paşinyanın Rusiyada keçiriləcək beynəlxalq sərgisində iştirak edəcəyi açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nikol iyulun 6-dan 9-dək Rusiyanın Yekaterinburq şəhərində təşkil olunacaq INNOPROM-2026 beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Məlumata görə, Baş nazirinin adı tədbirin rəsmi çıxışçıları siyahısına daxil edilib.

Məlumata əsasən, forumda bir sıra yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur. Siyahıda Mixail Mişustin, Aleksandr Turçin, Oljas Bektenov və Adylbek Kasmaliev kimi rəsmilərin adları yer alıb.

Bildirilir ki, bu ilki “INNOPROM-2026” sərgisinin əsas mövzusu “İndustriya 360: sərhədsiz istehsal” kimi müəyyən edilib. Tədbir çərçivəsində sənaye sahəsində əməkdaşlıq imkanları, yeni texnoloji həllər və regional iqtisadi inteqrasiya məsələlərinin müzakirəsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…