Əsas məzmuna keç

“Rizespor” Coy Lens-Mikelsi transfer hədəfləri siyahısına daxil edib

“Rizespor” Coy Lens-Mikelsi transfer hədəfləri siyahısına daxil edib
— Foto: idman.biz

Türkiyə klubu “Sabah”ın 32 yaşlı hücumçusunun müqavilə şərtləri ilə maraqlanacaq. Şərtlər qənaətbəxş olarsa, “Rizespor” futbolçu üçün rəsmi təklif göndərə bilər.

en ru

“Sabah”ın hücumçusu Coy Lens-Mikelsə maraq göstərən klubların sayı artır. Türkiyənin “Rizespor” klubu 32 yaşlı futbolçunu mümkün transfer hədəfləri siyahısına daxil edib.

Sport24-ə istinadən yayılan məlumata görə, klub rəsmiləri əvvəlcə Coy Lens-Mikelsin müqavilə şərtləri ilə maraqlanacaqlar.

Şərtlər “Rizespor” üçün qənaətbəxş olarsa, klubu “Sabah”a rəsmi təklif göndərəcək. Coy Lens-Mikelsin “Sabah”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…