"Rusiya strateji sabitlik üzrə dialoq çərçivəsində ABŞ ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz NATO-nun bütün Avrasiya qitəsinin təhlükəsizliyində iştirak etməsini istəmirik. Biz Çin, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-in digər üzvləri ilə birlikdə bölünməz təhlükəsizlik prinsipini müdafiə edirik. Əlbəttə ki, amerikalı həmkarlarımızın ümumi strateji sabitlik adlandırılan məsələnin əsas aspektləri ilə bağlı ortaq mövqeyi daha aydın olduqdan sonra bu məsələni onlarla müzakirə etməyə hazır olacağıq”, - o qeyd edib.
O həmçinin qeyd edib ki, NATO-nun baş katibi Mark Ruttenin Ali Radadakı açıqlaması Ukraynaya müdaxiləyə hazırlıq deməkdir.