Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vüqar Rəhimzadə: Ata-baba torpaqlarına qayıdış çox şərəfli prosesdir

2 dəq
Paylaş:
Vüqar Rəhimzadə: Ata-baba torpaqlarına qayıdış çox şərəfli prosesdir

Dövlətimiz regionlarımızın, Qarabağın və Şərqi Zəngəzurun inkişafında çox böyük işlər görməkdədir. Müasir şəhərlərin, qəsəbələrin salınması və 30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Rəhimzadə deyib.

O bildirib ki, Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduqca vacibdir. Dəyərli bir dövr yaşayırıq. İnsanların qayıdışı, müvəqqəti sözündən xilas olması, əbədi olaraq öz ata-, dədə-baba torpaqlarına qayıdışı çox şərəflidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax