Əsas məzmuna keç

Böyük Qayıdış prosesi tarixi əhəmiyyət daşıyır: Deputat

Böyük Qayıdış prosesi tarixi əhəmiyyət daşıyır: Deputat

Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata-baba yurdunda yaşamaq, bu...

en ru

Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata-baba yurdunda yaşamaq, bu statusdan bir an öncə qurtulmaq arzusunda olub.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Bəhruz Məhərrəmov deyib.

" İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. Bu çox uğurla reallaşmaqdadır. Səksən mindən artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə kifayət qədər ciddi bir tarixi hadisədir", deyə o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…