Əsas məzmuna keç

Ağdərəyə 12 nəfər köçdü: Doğma yurdlarına qayıdış davam edir

Ağdərəyə 12 nəfər köçdü: Doğma yurdlarına qayıdış davam edir

Qarabağın dilbər guşələrindən olan Ağdərəyə növbəti köç karvanı çatıb. Doğma yurdlarına qayıdan ailələr məskunlaşma prosesi və yaşayış şəraiti ilə bağlı danışıblar.

en ru

Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 2 ailə olmaqla 12 nəfər köçürülüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sakinlərə mənzillərin açarlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib.

Tədbir çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, iyunun 19-da həmçinin Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə də köçürülüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…