Avropa Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin 4-cü turunda “Renn” və “Olimpiakos” üz-üzə gəlib. Noyabrın 4-də Fransanın Renn şəhərindəki “Roazhon Park” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib. Matç 0:0 hesabı ilə başa çatıb.
Qarşılaşmanı xorvatiyalı hakim briqadası idarə edib. Görüşün baş hakimi İqor Payac olub.
Növbəti turda “Renn” noyabrın 26-da NEK-lə qarşılaşacaq. Həmin gün “Olimpiakos” öz meydanında “Milan”ı qəbul edəcək.