Türkiyəli məşhur televiziya aparıcısı Reha Muhtar 66 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
O, bir müddət öncə ürək çatışmazlığı diaqnozu ilə Bodrumdakı xəstəxanalardan birinə yerləşdirilmişdi.
Reha Muhtar televiziya fəaliyyəti ərzində "Kanal D", "Star Tv", "Fox Tv", "Show Tv" və başqa kanallarda çalışıb. O bir müddət "Beşiktaş" futbol klubunun mətbuat xidmətində də fəaliyyət göstərib.